“Tottenhem”yay transferində ilk keçidini reallaşdırıb.
London təmsilçisi “Ayaks”ın müdafiəçisi Davinson Sançesi transfer edib. 21 yaşlı futbolçu ilə 2023-cü ilə kimi müqavilə imzalanıb.
Bu transfer üçün “Tottenhem” Amsterdam təmsilçisinə 42 milyon avro təzminat ödəyib. Bu isə klub tarixinin ən bahalı transferidir.
