“Tottenhem” hücumçusunu itirdi
12.04.2019 , 19:12

“Tottenhem” klubunun hücumçusu Hari Keynin zədəsi ilə bağlı rəsmi məlumat yayılıb.
İngiltərəli futbolçu 3 ay yaşıl meydanlardan kənarda qalacaq. Bununla da, onun mövsümü bitirdiyi təsdiqlənib.
Qeyd edək ki, Hari Keyn Çempionlar Liqasında “Mançester Siti” ilə görüşün 58-ci dəqiqəsində qonaqların futbolçusu Delf ilə toqquşaraq zədələnmişdi.
