"Tottenhem" klubu Luka Modriçin Madrid "Real"a keçidi təklifini rədd edib.
Korner.az– ın məlumatına görə, "kral" klubu futbolçu üçün 30.4 milyon funt ödəməyə hazır idi. Lakin danışıqlar zamanı London klubu sərt mövqe tutaraq xorvat futbolçunu 40 milyondan aşağı qiymətə satmayacaqlarını bildiriblər.