“Tottenhem” ciddi itki ilə üzləşdi: Odober sıradan çıxdı
12.02.2026 , 09:00
“Tottenhem” fransalı vinger Vilson Odoberin ciddi zədələndiyini açıqlayıb.
Korner.az xəbər verir ki, o, dizinin ön çarpaz bağının qopması səbəbindən mövsümün sonuna qədər komandada olmayacaq.
21 yaşlı futbolçu Premyer Liqanın 26-cı turunda “Nyukasl”la keçirilən oyunda (1:2) zədələnib. Odober yaxın günlərdə əməliyyat olunacaq.
Bu mövsüm o, Premyer Liqada 33 matçda 2 qol vurub və 5 məhsuldar ötürmə edib, komandaya əhəmiyyətli töhfə verib.