“Tottenhem” bu futbolçunu icarəyə verdi
01.09.2022 , 13:32

“Tottenhem” futbolçusu Harri Uinksi icarəyə göndərib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi karyerasını “Sampdoriya”da davam etdirəcək.
Onunla 2022/23 mövsümünün sonunadək müqavilə imzalanıb.
İngiltərəli oyunçu 2014-cü ildən London təmsilçisinin futbolçusudur.
