İngiltərə Premyer Liqasında mübarizə aparan “Tottenhem” “Beşiktaş”ın futbolçusu Oğuzhan Özyakupu istəyir.
Korner.az-ın məlumatına görə, bu haqda “Daily Express” xəbər yayıb.
Bildirilir ki, “Tottenhem” 24 yaşlı oyunçu üçün yaxşı bir təklif göndərməyə hazırlaşır.
Qeyd edək ki, yarımmüdafiəçi bu mövsüm 30 oyuna 4 qol vurub və 4 məhsuldar ötürmə edib.
