İngiltərənin "Tottenhem" klubunun baş məşqçisi Harri Rednapp tutduğu vəzifədən istfa verib. Korner.az-ın məlumatına görə, 65 yaşlı mütəxəssis rəhbərliklə yeni müqavilə məsələsində anlaşa bilməyib.
Qeyd edək ki, Harri Rednapp “Tottenhem”ə 2008-ci ildən rəhbərlik edib. Onun rəhbərliyi altında klub iki dəfə İngiltərə Premyer Liqasında 4-cü yeri tutub və 2010-2011-ci il mövsümündə tarixində ilk dəfə Çempionlar Liqasında iştirak edib və ¼ finaladək irəliləyib.
