“Barselona”dan ayrılacağı dəqiqləşən David Vilyanın xidmətində İngiltərə Premyer Liqa klubu “Tottenhem” maraqlıdı.
Korner.az-ın məlumatına görə, ingilislər Kataloniya təmsilçisindən ayrılan forvarda “elçi” düşüb və rəsmi təklif göndərib. Lakin Kataloniya təmsilçisinin 31 yaşlı futbolçunun transferi üçün 15 milyon funt-sterlinq istəməsi “Tottenhem” rəhbərliyini çətin vəziyyətdə qoyub.
İngiltərə nəhənginin yenidən Vilya üçün “Barsa”nın qapısını döyəcəyi bildirilir.
Qeyd edək ki, 2010-cu ildən “Barselona”nın şərəfini qoruyan Vilya keçirdiyi 77 oyunda 33 qola imza atıb
