1:6 hesabı ilə uduzan London klubundan azarkeşlərinə jest
25.04.2023 , 23:37
İngiltərə Premyer Liqasının 32-ci həftəsində “Nyukasl Yunayted”ə 1:6 hesabı ilə uduzan “Tottenhem” azarkeşlərinin könlünü almaq üçün maraqlı addım atıb.
Korner.az xəbər verir ki, London təmsilçisi sözügedən səfər oyununa gedən azarkeşlərinin bilet pulunu onlara geri ödəyəcək.
Bu barədə klubun sosial şəbəkə hesabında məlumat verilib: “Komanda olaraq məyusluğunuzu və qəzəbinizi başa düşürük. Bu vəziyyətlərdə sözlərin kifayət etməyəcəyini bilirik, amma inanın ki, belə bir məğlubiyyət acı verir. Meydanda və meydandan kənarda dəstəyinizə görə minnətdarıq və istərdik ki, “Sent-Ceyms Park”dakı oyuna gedən azarkeşlərin biletlərini ödəyək. Bilirik ki, bu, bazar günü baş verənləri dəyişməyəcək, lakin cümə axşamı gecəsi “Mançester Yunayted” ilə oyunda işləri düzəltmək üçün əlimizdən gələni edəcəyik. Sizin dəstəyiniz bizim üçün çox şey deməkdir. Biz yalnız birlikdə komandamızı irəli apara bilərik”.