“Tottenhem” ayrılığı açıqladı
19.05.2023 , 12:57
“Tottenhem”də çıxış edən braziliyalı futbolçu Lukas Mouranın gələcəyi bəlli olub.
Korner.az xəbər verir ki, Premyer Liqa klubu yeni mövsümdə onunla yola davam etməyəcək.
Klubun yaydığı açıqlamada, müqaviləsi bitəcək futbolçu ilə yeni sözləşmənin imzalanmayacağı, onun komandadan ayrılacağı bildirilib.