“Tottenhem” 7 cavabsız qolla növbəti mərhələdə
05.01.2019 , 09:11

“Tottenhem” İngiltərə kubokunda 1/32 final mərhələsinin oyununa çıxıb.
Komanda səfərdə “Tranmer Rovers”lə qarşılaşıb. Matç qonaqların 7:0 hesablı qələbəsi ilə bşa çatıb.
“Tranmer Rovers” – “Tottenhem” – 0:7
Qollar:Orye, 40, Llorente, 48, Orye, 55, Son Hın-Min, 57, Llorente, 70, 72, Keyn, 82
Bu qələbə ilə “Tottenhem” növbəti mərhələyə yüksəlib. İngiltərə klubunun 1/16 final mərhələsindəki rəqibi püşkdən sonra müəyyənləşəcək.
