“Tottenhem” 1:6-dan sonra baş məşqçini göndərdi
25.04.2023 , 10:12

“Tottenhem” baş məşqçisi Kristian Stellini istefaya göndərib.
Korner.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Buna “Tottenhem”in səfərdə “Nyukasl”a 1:6 hesabı ilə uduzması səbəb olub.
Komandanı müvəqqəti olaraq Rayan Meyson çalışdıracaq.
“Tottenhem” hazırda turnir cədvəlində 53 xalla 5-ci pillədə qərarlaşıb.
