PSJ-nin futbolçusu Serj Orye karyerasını İngiltərədə davam etdirəcək. Oyunçu “Tottenhem” klubu ilə razılığa gəlib.
Londonlular bu keçidə görə PSJ-yə 25 milyon avro ödəyib, Oryenin özü ilə 5 illik müqavilə müddəti razılaşdırılıb.
Lakin Orye Londona getmək üçün Britaniya vizası ala bilmir. Səbəb isə onun ötən il polis işçisinə hücum etdiyinə görə iki aylıq məhbusluğudu. Həmin günah Oryenin üstündən götürülməsə, viza da olmayacaq.
