“Tottemhem”lə oyunu buraxacaq?
04.11.2024 , 17:16
“Qalatasaray” “Tottenhem”lə matçın hazırlıqlarını davam etdirir.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisinin oyunçusu Viktor Osimhen son məşqdə iştirak etməyib.
Yüngül ağrıları olan nigeriyalı futbolçunun sabah komanda ilə məşqlərə başlayacağı gözlənilir.
Zədəsi ciddi olmayan Viktor Osimhenin noyabrın 7-də keçiriləcək “Tottenhem” ilə matçda meydanda olacağı gözlənilir.