Bu gün Topaz Premyer Liqasının 24-cü turunun oyunları start götürəcək.
Korner.az-ın məlumatına görə, turun bütün oyunları bu gün keçiriləcək.
Turun mərkəzi oyunu "Şəfa"da olacaq. "İnter" lider "Neftçi"ni sınağa çəkəcək. "Qarabağ" kubokdan əli üzülmüş "Qəbələ" ilə münasibətlərə aydınlıq gətirəcək. "Sumqayıt" autsader "Kəpəz"lə qarşılaşacaq. Bu oyunda qazanılacaq 3 xal Bernhard Raabın komandasını çempionatda qalma yolunda mühim rol oynayacaq.
Günün digər matçında isə "Bakı" "Simurq"la qarşılaşacaq. Toşak isə "Xəzər Lənkəran"ın baş məşqçisi kimi AZAL-la oyunda debüt edəcək.
30 mart (şənbə)
15:00. “Qarabağ” – “Qəbələ” – 1:0
Qol: Riçard Almeyda, 39
T.Bəhramov adına Respublika stadionu
15:00. “Sumqayıt” – “Kəpəz” – 1:0
Qol: Murad Doymuş, 67
“Bayıl Arena” stadionu
15:00. “Turan” – “Rəvan” – 2:6
Qollar: Kalonas,10, 60, Azər Məmmədov, 30, Fərmayıl Əliyev, 35 Varea, 62, 69,, 72,, Adamoviç, 74
“Dalğa Arena” stadionu
17:00. “Simurq” – “Bakı” – 0:1
Qol: Pena, 73
Zaqatala şəhər stadionu
“Simurq”: 22. David Pietrzkeviç, 2. İlkin Qırtımov, 4. Dilaver Zrnanoviç, 6. Anderson Olivyera, 8. Qərib İbrahimov, 9. Marçin Burxardt, 10. Zdravko Popoviç, 13. Aleksandr Şemonayev (k), 21. Murad Səttarlı, 25. Mario Bojiç, 28. Nenad Kiso
“Bakı”: 82. Edin Nuredinoski, 14. Elvin Əliyev, 5. Aqil Nəbiyev, 25. Şəhriyar Əliyev, 29. Əziz Quliyev, 11. Elvin Məmmədov (k), 6. İbrahim Karqbo, 8. Junior Vilson, 77. Aleksandar Soliç, 99. Rəhman Hacıyev, 24. Marius Pena
Zaqatala şəhər stadionu
17:00. “İnter” – “Neftçi” – 0:1
Qol: Vobay, 31
Qırmızı vərəqə: Rəşad Sadiqov, 71 ("Neftçi")
“İnter”: 1. Giorgi Lomaya (k), 5. Slavço Georgiyevski, 6. Samir Zərgərov, 7. Ruslan Əmircanov, 11. Asif Məmmədov, 18. İlia Kandelaki, 20. Brüs Abdulaye, 24. Fuad Bayramov, 25. İbrahima Niasse, 28. Baçana Sxadadze, 91. Leandro Roşa
“Neftçi”: 30. Saşa Stamenkoviç, 3. Denis Silva Kruz, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 19. Mirhüseyn Seyidov, 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə
“Şəfa” stadionu
18:00. “Xəzər Lənkəran” – AZAL – 1:1
Qollar: Klava, 26, Silva, 35
Lənkəran şəhər mərkəzi stadionu