“Xəzər Lənkəran”ın sabiq üzvü Robert Alviz özünə yeni iş yeri tapıb.
Korner.az-ın məlumatına görə, yarımmüdafiəçi karyerasını Qazaxıstanın “Atırau” klubunda davam etdirəcək. Artıq futbolçu ilə rəsmi müqavilə imzalanıb.
Qeyd edək ki, Toşakın “Xəzər Lənkəran”da apardığı islahatlar nəticəsində göndərilənlər arasında Alviz də var idi.
