"Xəzər Lənkəran" Avroliqadakı rəqibi Malta "Sliema"sının futbolçusu Mark Sceri transfer etmək istəyir.
Korner.az-ın məlumatına görə, belə bir iddia ilə Malta mətbuatı çıxış edib.
Bu ölkənin TimesofMalta.com saytının yaydığı məlumata görə, 1:1 başa çatan görüşdə "Sliema"nın heyətində yer alan 8 nömrəli futbolçu Mark Sceri "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşakın çox xoşuna gəlib. Məhz bu üzdən uelsli mütəxəssis Scerinin transferi ilə bağlı rəhbərlikdən bu futbolçu ilə maraqlanmağı və onu heyətə qatmağı xahiş edib.
