Bu gün “Xəzər Lənkəran”ın səhər məşqində maraqlı olay yaşanıb.
Korner.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, Naxçıvanda komandanın səhər məşqini izləyənlər arasında AFFA hakimlər komitəsinin sədri Xəqani Məmmədov da olub.
Komandanın ikitərəfli oyunu zamanı iznsiz meydanın mərkəzinəcən irəliləyən Məmmədovu Toşak meydandan qovub.
Qeyd edək ki, Xaqani Məmmədov sabah saat 15:00-da başlayacaq “Xəzər Lənkəran” – “Neftçi” matçının hakim-inspektorudur.