"Kubokun finalında uduzmaq məyusedicidi. Xüsusiylə penaltilərdə".
Korner.az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak deyib.
Uelsli mütəxəssis ölkə kubokunun finalında "Neftçi" yenilgisini dəyərləndirərkən daha sonra bunları deyib:
"Karyeramda 3-cü kubok finalıdı. Bunlardan uduzduğum yeganə oyundu. "Neftçi" bu gün Azərbaycannın ən yaxşı komandasıdı. "Xəzər Lənkəran"da problemlər var. Bunları aradan qaldırmalıyıq.
Davanın nədən başladığını görmədim. Oyundan sonra onları təbrik etdim. Ancaq Saşa Stamenkoviçə dedim ki, hərəkətin idmançıya yaraşmır və sarı vərəqəyə layiq idi. "Neftçi"yədə qarşıdakı oyunlarında uğurlar".