“Xəzər Lənkəran”ın baş məşqçisi Con Benjamin Toşak istefa verib.
Korner.az-ın cənub klubunun saytına istinadən məlumatına görə, buna səbəb komandanın uğursuz çıxışıdı.
Saytda yer alan məlumatda deyilir: “Bakı” – “Xəzər Lənkəran” matçından sonra keçirilən klubdaxili iclasda “Xəzər Lənkəran” komandasının baş məşqçisi Con Bencamin Toşak istefa verib. Təcrübəli çalışdırıcı klubumuzda çalışdığı müddətdə ona yaradılan şəraitdən razılığını ifadə edərək alınan nəticələrə görə şəxsən özünün məsuliyyət daşıdığını bildirərək istefa verib. Con Toşakın istefasından sonra komandaya rəhbərlik Covanni Melkiorrenin rəhbərliyi altında məşqçilər korpusuna həvalə olunub.”
