"Xəzər Lənkəran"ın baş məşqçisi Con Benjamin Toşak ölkə kubokunun "Neftçi" ilə final oyunundan sonra bir gün Azərbaycanda qalaraq İstanbula yola düşüb.
Korner.az-ın məlumatına görə, klubun fəxri prezidenti Mübariz Mənsimovla görüşən uelsli mütəxəssis transfer etmək istədiyi futbolçularla bağlı Mənsimovu məlumatlandırıb. Bu barədə saytımıza açıqlamasında "ağ-yaşıllar"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
Klub rəsmisi bildirib ki, M.Mənsimov Toşakın istədiyi futbolçunun transfer olunacağını bildirib. Mübariz bəy Toşaka güvəndiyini və onun əla bir kollektiv formalaşdıracağına inandığını dilə gətirib.
Bundan əlavə Toşak Cənub klubunun patronu ilə digər məslələri də müzakirə edərək, yeni mövsümdə çempion olmaq üçün əlindən gələni edəcəklərini bildirib.