“Xəzər Lənkəran”ın baş məşqçisiu Con Benjamin Toşak bu gün “Fənərbağça”yla keçirilən yoldaşlıq oyununu dəyərləndirib.
Korner.az-ın məlumatına görə, uelsli çalışdırıcı səviyyə fərqinin nəticədə özünü göstərdiyini deyib.
“Səviyyə fərqi özünü göstərdi. Belə oyunlar təcrübə baxımından bizə lazımdı. Məncə, hesab oyuna görə olmadı. Bununla belə bu qarşılaşma “Makkabi”ylə oyunöncəsi bizə kömək olacaq”, – deyə o bildirib.
