“Xəzər-Lənkəran” klubunun keçmiş baş məşqçisi Con Benjamen Toşak hələ Azərbaycandadı.
Korner.az-ın məlumatına görə, bu gün bütün işlərini qaydasına salacaq mütəxəssis axşam saatlarında paytaxtı tərk edəcək.
Toşak artıq “Xəzər-Lənkəran” rəhbərliyi ilə görüşüb və vidalaşıb. Onunla birgə yaxınları da Bakını tərk edəcək.
