“Söz tapa bilmirəm. 45 illik karyeramda hələ belə bir şey görməmişdim”.
Korner.az-ın məlumatına görə, bu sözləri Avropa Liqasının II təsnifat mərhələsində keçirilmiş “Xəzər Lənkəran” – “Makkabi” qarşılaşmasından sonra meydan sahiblərinin baş məşqçisi Con Benjamin Toşak deyib.
Uelsli çalışdırıcı 0:8 hesablı məğlubiyyətə rəğmən istefa haqda düşünmədiyini bildirib: “Məsuliyyəti üzərimə götürürəm və Lənkəran camaatından üzr istəyirəm. İstefa verməyi düşünmürəm. Buna bəzi futbolçular sevinə bilər. Heyətdən bir neçə futbolçu göndəriləcək. Elə futbolçular var ki, onları əvvəlcədan uzaqlaşdırmalı idim komandadan”.
