Madrid “Atletiko”sunun hücumçusu Fernando Torres bu klubun forması ilə vurduğu qolların sayını 100-ə çatdırıb.
Korner.az-ın məlumatına görə, ispan futbolçu Primeronun 23-cü turu çərçivəsində bu gün “Eybar”a qarşı keçirilmiş görüşdə fərqlənib.
Müqavilə ilə “Milan”a məxsus olan və “Atletiko”da icarə əsasında çıxış edən Torres 2001-2007-ci illər də nəzərə alınmaqla, ümumilikdə, 295 dəfə Madrid təmsilçinin forması ilə meydanda olub.
