Torres rəsmən “Barselona”da
28.12.2021 , 20:27
“Barselona” “Mançester Siti”nin hücumçusu Ferran Torresin transferini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Kataloniya təmsilçisi 21 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Ferran Torres 2020-ci ildə İngiltərə klubuna keçib.