“Milan” klubu ispaniyalı hücumçu Fernando Torresi icarəyə verib.
Korner.az-ın məlumatına görə, 30 yaşlı futbolçu yenidən sabiq komandası “Atletiko” (Madrid) klubuna qayıdıb.
Torres 1,5 il müddətində “Atletiko”nun formasını geyəcək.
Qeyd edək ki, “Milan” “Çelsi”dən ispaniyalı hücumçunun transfer hüququnu alıb.
