Fernando Torres tezliklə “Atletiko”dan ayrıla bilər.
Korner.az-ın məlumatına görə, ispan forvard karyerasını Meksikada davam etdirməyə yaxındır. Torres bu ölkənin “Keretaro” klubunun maraq dairəsindədi.
2 klub arasında aparılan danışıqlar yekunlaşmaq üzrədir. Transfer artıq bu həftə reallaşa bilər.
Təcrübəli hücumçu yeni klubu ilə 2 illik müqavilə imzalayacaq və onun illik maaşı 5 milyon dollar olacaq.
Qeyd edək ki, Torreslə Meksikanın digər klubu “Krus Asul” da maraqlanır.
