“Atletiko” (Madrid) klubunun hücumçusu Fernando Torres mövsümün sonunda müqavilə ilə məxsus olduğu “Milan”a qayıdacaq.
Korner.az-ın məlumatına görə, 31 yaşlı futbolçu Milan təmsilçisində yenə oynaya bilməyəcək.
Buna səbəb İtaliya klubunun Torresi yenidən icarəyə vermək istəməsidir. İspaniyalı forvardın Çin klubuna icarəyə veriləcəyi gözlənilir. Lakin klubun adı açıqlanmır.
