Torresə yeni vəzifə verildi
11.06.2024 , 13:55

Fernando Torresə yeni vəzifə verilib.
Korner.az xəbər verir ki, mütəxəssis “Atletiko Madrid”in B komandasının baş məşqçisi təyin olunub.
Bu barədə klubun yaydığı məlumatda bildirilib.
Torres bundan öncə klubun U-19 komandasını çalışdırırdı.
