Torqan Hazardın yeni klubu müəyyənləşdi
22.05.2019 , 14:19

Dortmundun “Borussiya” klubu növbəti transferini elan edib.
“Sarı-qaralar” Münhenqladbax “Borussiya”sının futbolçusu Torqan Hazardı heyətinə qatıb.. Belçikalı yarımmüdafiəçi ilə 2024-cü ilin yayına qədər müqavilə bağlanıb.
Qeyd edək ki, Torqan Hazard başa çatan mövsümdə 32 oyuna 10 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
