Futbol

“Torino”nun yeni baş məşqçisi müəyyənləşdi

20.01.2021 , 15:47

“Torino”nun yeni baş məşqçisi bəlli olub.

Korner.az xəbər verir ki, komandanı Davide Nikolay çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

47 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

“Torino” rəhbərliyi dünən Marko Campaulonu komandanın uğursuz nəticələrinə görə istefaya göndərmişdi.

Son yazılar

Yuxarı