“Torino” onun üçün 6 milyon avrosundan keçəcək
01.05.2023 , 15:15
İtaliyanın “Torino” klubu “Beşiktaş”ın qapısını döyməyə hazırlaşır.
Korner.az xəbər verir ki, klub növbəti mövsümdə “qaratallar”ın futbolçusu Salih Uçana şans vermək fikrindədir.
A seriyası təmsilçisinin futbolçu üçün 6 milyon avro təklif edəcəyi bildirilir.
Salih bu mövsüm “Beşiktaş”da 28 oyun keçirib və 3 qol və 7 məhsuldar ötürmə ilə mühüm töhfə verib.