“Torino” futbolçunun əməliyyat olunacağını açıqladı
12.09.2024 , 10:53
“Torino”nun zədəli oyunçusu Emirhan İlhanın son durumu məlum olub.
Korner.az xəbər verir ki, 20 yaşlı futbolçunun sol ayağının ön çarpaz bağında qırıq olduğu aşkarlanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, Emirhan İlhanın zədə səbəbindən əməliyyat olunacağı diqqətə çatdırılıb.
“Torino” ilə müqaviləsi 2026-cı ilə qədər davam edən futbolçu İtaliya təmsilçisində cəmi 4 matçda meydana çıxa bilib.