“Topaz” Premyer Liqanın XXVIII turunun oyunlarının əmsallarını açıqlayıb.
Korner.az-ın məlumatına görə, bukmeyker kantoru “Böyük oyun”da “Neftçi”nin qələbəsinə inanır. Belə ki, “ağ-qaralar”ın qələbə əmsalı 1.45, “Xəzər Lənkəran”ın qələbə əmsalı 5,70.
Digər oyunlara gəlincə, “Topaz” “İnter” və “Qarabağ”ı aşkar favorit hesab edir. Həmçinin AZAL-ın “Sumqayıt”la, “Bakı”nın isə “Simurq”la oyunda qələbə qazanmaq şansı çoxdu.
