“Topaz” günün futbol proqramını açıqlayıb.
Korner.az-ın məlumatına görə, mərc oyunları operatoru İsveç çempionatı çərçivəsində baş tutacaq “Hakken” – “Orebro” matçını təkli qarşılaşma kimi təqdim edib.
Proqramda, həmçinin Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları, Braziliya A seriyası, Finlandiya II liqası və yoxlama görüşü ekspress matç kimi yer alıb.
“Topaz” Azərbaycan klublarının avrokubokda bu günkü oyunlarında “İnter”i daha şanslı sayır. Evdə “Asteras”ı qəbul edəcək bankirlərin qələbəsi 2,20, məğlubiyyəti 2,30 əmsalla qiymətləndirilib. Oyunda heç-heçə 3,20 əmsaldır.
Lənkəranda keçiriləcək “Xəzər Lənkəran” – “Lex” cütündə isə qonaqlar şanslı sayılır. Bunun üçün “Topaz” həmyerlilərimizin qalib gəlməsinə 3,00, uduzmasına 1,90 əmsal verib. Qarşılaşmada “sülh” isə 2,90 əmsaldır.
Qeyd edək ki, “Topaz” 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir. “Topaz” öz iştirakçılarının uduşlarına dövlət təminatı verir.
Göstərilən oyunlara mərc etmək üçün sadəcə olaraq rəsmi “Topaz” məntəqələrinin birinə müraciət etmək kifayətdir. “Topaz”da mərcin minimal məbləği cəmi 1 manat təşkil edir. Əlavə məlumat almaq üçün www.topaz.az internet səhifəsinə və ya 926 qısa nömrəsinə zəng etmək kifayətdir
