Bu gün “Topaz”ın baş sponsorluğu ilə çimərlik futbolu üzrə Azərbaycan Superliqasına start veriləcək. Korner.az- ın məlumatına görə, 3 gün davam edəcək yarışda “Sumqayıt”, “Bakı”, “Neftçi”, “Sərhədçi” (Astara), “Turan” (Tovuz) və “Qarabağ” klubları mübarizə aparacaqlar. Oyunlar Mərdəkanda “Dalğa Arena”nın çimərlik futbolu meydançasında baş tutacaq. Bütün matçlar saat 16:00-da başlayacaq.
Xatırladaq ki, “Topaz” çimərlik futbolu üzrə Superliqa oyunlarına dəstək olmaqla yanaşı, ötən ay keçirilmiş “Topaz Cup” həvəskarlar Liqasına da sponsorluq etmişdi. “Topaz” gələcəkdə də Azərbaycanda idmanın inkişafına öz töhvəsini verməyi planlaşdırır.
“Topaz” Azərbaycanda qanuni mərc oyunudur. “Topaz” 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir. “Topaz” öz iştirakçılarının uduşlarına dövlət təminatı verir. Əlavə məlumat almaq üçün 926 qısa nömrəsinə zəng etmək kifayətdir.
