İdman mərc oyunlarının rəsmi operatoru “Topaz”da növbəti möhtəşəm uduş qeydə alınıb.
Korner.az-ın məlumatına görə, Bakı sakini Elnur İlham oğlu Bayramov 2 manat məbləğində mərc edərək 250000 manat uduşun sahibi olub.
O bu məbləği yanvarın 7-də 5 oyun (dəqiq hesab proqnozu) yazaraq qazanıb.
Qeyd edək ki, “Topaz”ın bütün uduşları dövlət təminatlıdır. 2016-cı il ərzində “Topaz”dan qazanılmış ümumi uduş məbləği 137.548.476 AZN təşkil edib.