Premyer Liqada avqust ayının ən yaxşılarının seçildiyi tədbirdə "Azərintellekt"in sədri Ahmet Sezer də danışıb.
Korner.az-ın məlumatına görə, Ahmet Sezer bildirib ki: "PFL-lə iş birliyində məqsəd idmanın iqtisadiyyatını qurmaq, ölkə iqtisadiyyatına dəstək verməkdir. Təbii ki, bu iş tez zamanda pul qazandırmır. Zamanla bunun bəhrəsini daha çox görəcəyik".
