Topaz Premyer Liqasının XXII turu rəqəmlərin gözü ilə
28.03.2019 , 10:28

Bu həftə Topaz Premyer Liqasında IV dövrəyə start veriləcək.
Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra keçiriləcək XXII turun qarşılaşmaları iki günü əhatə edəcək. PFL-in rəsmi saytı XXII turda üz-üzə gələcək cütlərin ölkə çempionatları tarixindəki oyunlarının balansını təqdim edir.
Topaz Premyer Liqası
XXII tur
30 mart (şənbə)
85. “Keşlə” – “Neftçi” – 58 oyun, +14=14-30, top fərqi 58-89
“Neftçi” son üç qarşılaşmada quru hesabla qalib gəlib. “Keşlə” 14 matçdır qol buraxır.
86. “Zirə” – “Səbail” – 7 oyun, +4=2-1, top fərqi 7–2
“Zirə” son 2 oyunda qol buraxmayıb. Texniki nəticə nəzərə alınmasa, “Səbail” qələbə qazanmayıb.
1 aprel (bazar ertəsi)
87. “Qəbələ” – “Sabah” – 3 oyun, +2=0-1, top fərqi 3-2
“Qəbələ” son iki oyunda qələbə qazanıb. Əyalət təmsilçisinin meydanındakı yeganə matçda hər iki komanda qol vurub.
88. “Sumqayıt” – “Qarabağ” – 27 oyun, +4=3-20, top fərqi 12-56
“Qarabağ” ardıcıl 4 quru hesablı qələbə qazanıb. “Sumqayıt” 14 oyundur qələbə qazana bilmir.
