Ölkə futbolu

Topaz Premyer Liqasının XXI turu rəqəmlərin gözü ilə

14.03.2019 , 13:35

Bu həftə Topaz Premyer Liqasında III dövrəyə yekun vurulacaq.

PFL-in rəsmi saytı istinadən verilən məlumata görə, bu oyunlardan sonra çempionatda milli komandaların oyunları ilə əlaqədar fasilə yaranacaq. Peşəkar Futbol Liqasının rəsmi saytı bu turda üz-üzə gələcək cütlərin ölkə çempionatları tarixindəki oyunlarının balansını təqdim edir.

Topaz Premyer Liqası

XXI tur

15 mart (cümə)

81. “Sabah” – “Sumqayıt” – 2 oyun, +1=0-1, top fərqi 2-4

Hər iki oyunda meydan sahibi olan tərəf məğlub olub. “Sabah” bu görüşlərdə meydanı qolsuz tərk etməyib.

82. “Neftçi”  – “Qəbələ” – 42 oyun, +18=8-16, top fərqi 54-55

“Neftçi” son 7 oyunda meydanı qolsuz tərk etməyib. “Qəbələ” səfərdəki son iki görüşdə xal qazanmayıb.

83. “Səbail” – “Qarabağ” – 6 oyun, +1=0-5, top fərqi 0-7

“Qarabağ” texniki nəticənin qeydə alındığı matçdan başqa bütün oyunlarda qələbə qazanıb. “Səbail” bu görüşlərdə qol vura bilməyib.

84. “Zirə” – “Keşlə” – 14 oyun, +2=8-4, top fərqi 12-14

“Keşlə” 4 oyundur meydanı qolsuz tərk etmir. “Zirə” son 5 ev oyununda qalib gəlməyib.

Qeyd edək ki, XXI turun qarşılaşmaları eyni gündə keçiriləcək.

 

Son yazılar

Yuxarı