Topaz Premyer Liqasının ən bahalı klubu “Bakı”dır.
Korner.az-ın “Transfermarket”ə istinadən verdiyi məlumata görə, klubun futbolçularının ümumi dəyəri 8,5 milyon avro təşkil edib.
İkinci pillədə 8,3 milyon avroyla “Qəbələ”, üçüncü pillədə isə 6,8 milyon avro ilə “Qarabağ” qərarlaşıb. Çempionatımızın ən ucuz klubu 1,3 milyon avroyla “Sumqayıt”dır.
10 Premyer Liqa klubunun ümumi dəyəri isə 50.402.000 avro təşkil edib.
“Bakı” – 8.500.000 avro
“Qəbələ” – 8.300.000 avro
“Qarabağ” – 6.800.000 avro
“Neftçi” – 6.100.000 avro
“Xəzər Lənkəran” – 5.600.000 avro
“Simurq” – 4.100.000 avro
“İnter” – 4.000.000 avro
“Rəvan” – 3.600.000 avro
AZAL – 2.000.000
“Sumqayıt” – 1.300.000 avro