Şuşanın işğalından 21 il ötür.
Korner.az-ın məlumatına görə, faciənin il dönümü ilə əlaqədar olaraq, bu gün Topaz Premyer Liqasında keçiriləcək bütün oyunlar bir dəqiqəlik sükutla başlanacaq.
Məsələ ilə bağlı bütün klublara məlumat verilib. Bu gün ölkə çempionatının XXX turunun ilk görüş günündə “Kəpəz” – “Rəvan”, AZAL – “Sumqayıt” və “Xəzər Lənkəran” – “Turan” matçları oynanılacaq.
