Topaz Premyer Liqasının 22-ci turunda qeydə alınmış azarkeş sayı bəlli olub
Turda ən yüksək göstərici Gəncədə qeydə alınıb. Şəhər stadionunda keçirilmiş “Kəpəz” – “Keşlə” oyununu (1:1) 5000 azarkeş izləyib.
Ən az izləyici isə Zirədə qeydə alınıb. Cəmi 1000 tamaşaçı “Zirə”nin “Qəbələ” ilə heç-heçəsinin (1:1) canlı şahidi olub.
Digər oyunlardan 8-ci km stadionunda keçirilmiş “Neftçi” – “Sumqayıt” oyununda (2:2) 2500, “Azərsun Arena”da baş tutmuş “Qarab
