TPL I tur: “Neftçi” “Sumqayıt”a qalib gəldi
11.08.2018 , 21:30

Bu gün Topaz Premyer Liqasında 2018-2019 mövsümünə start verilib. İlk oyun günündə bir görüş keçirilib. Mövsümün ilk matçında “Sumqayıt” “Neftçi”yə uduzub – 0:2
Qeyd edək ki, bu günə nəzərdə tutulan “Qarabağ” – “Zirə” matçı Ağdam təmsilçisinin Çempionlar Liqasında çıxışına görə 26 sentyabr tarixinə təxirə salınıb. Turun digər iki oyunu isə sabah keçiriləcək.
“Sumqayıt” – “Neftçi” – 0:2
Qol: Mirabdulla Abbasov 26, Emin Mahmudov 72
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Rahil Ramazanov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Xaqani Məmmədov
“Dalğa Arena”
