Topaz Premyer Liqasında XXI turun oyunları keçiriləcək
15.03.2019 , 09:03

Bu gün Topaz Premyer Liqasında 21-ci start götürəcək. Bu. eyni zamanda 3 dövrənin yekun oyunları olacaq.
“Zirə” klubu doğma meydanda “Keşlə” ilə qarşılşacaq. Qonşu pillələrdə olan hər iki klub qələbə qazanıb, vəziyyətini yaxşılaşdırmağa çalışacaq.
“Sumqayıt” “Sabah” klubunun qonağı olacaq. “Sumqayıt” klubu təhlükəli bölgədən uzaqlaşmağa, “Sabah” isə 5 pillədəki yerini qorumağa çalışacaq.
Ölkə çempionluğuna namizdələrdən “Qarabağ” “Səbail” klubu ilə üz-üzə gələcək. “Qarabağ” qələbə qazanmaqla, çempionluq yarışında mübarizə davam etdirmiş olacaq. “Səbail” isə 3-cü pilləni əldən verməmək üçün ən yaxşı halda uduzmamalıdır.
Turun mərkəzi görüşü isə “Neftçi” və “Qəbələ” klubları arasında olacaq. “Neftçi” liderliyini qorumaq üçün mübarizə aparacaq. “Qəbələ” isə ilk 3-lük uğrunda “Səbail” ilə mübarizə aparır.
15 mart (cümə)
16:00. “Sabah” – “Sumqayıt”
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Vüqar Həsənli
Əlincə Arena
16:00. “Zirə” – “Keşlə”
Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Əli Cəbrayılov, Rauf Allahverdiyev
Zirə İdman Kompleksinin stadionu
16:45. “Səbail” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Namiq Hüseynov, Rəhim Həsənov
Bayıl Arena
19:00. “Neftçi” – “Qəbələ”
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Etibar Həsənov
Bakcell Arena
