Topaz Premyer Liqasında XX turunun ən yaxşısı məlum oldu
12.03.2019 , 15:45

“InStat”ın təhlilinə əsasən Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün XX turunun ən yaxşı futbolçusu məlum olub.
PFL-in rəsmi saytına istinadən verilən xəbər görə, bu, “Qəbələ”nin yarımmüdafiəçisi Ceyms Adeniyidir. Nigeriyalı “Səbail”ə qarşı görüşdə dubl etməklə yadda qalıb. Araşdırmalara əsasən Ceyms Adeniyi turun ən yaxşı indeksə malik futbolçusudur.
