Premyer Liqanın ikinci dövrəsi başa çatıb.
Korner.az-ın məlumatına görə, arxada qalan 18 turda 5 avtoqol qeydə alınıb.
“Sumqayıt”ın iki üzvü qapıları səhv salıb. Belə ki, qapıçı Anar Nəzirovla Adil İbrahimov rəqib komandanın sevinməsinə səbəb olan qol vurub.
“Neftçi”dən Erik Ramos, “Qəbələ”dən Amit Quluzadə, “Bakı”dan isə Mario Alvarezin vurduğu qollar komandalarının məyusluğuna səbəb olub.
Fanat.az
