Premyer Liqada may ayında vurulmuş ən gözəl qol müəyyənləşib. Peşəkar Futbol Liqasının rəsmi saytı vasitəsilə keçirdiyi sorğunun nəticələrinə əsasən, “Rəvan”ın futbolçusu Ramazan Abbasovun AZAL-la oyunda vurduğu qol ayın ən yaxşısı seçilib.
Korner.az-ın məlumatına görə, bu qol respondentlərin 63 %-nin səsini qazanıb. Səsvermə sonucunda bu vəziyyət formalaşıb:
1. Ramazan Abbasov (Rəvan) – 815 səs (63%)
2. Nicat Qurbanov (Simurq) – 208 səs (16%)
3. Nikolas Kanales (Neftçi) – 171 səs, (13%)
4. Salif Ballo (Turan) – 69 səs, (5%)
5. Mario Rubio (Bakı) – 32 səs, (2%)
2013-cü ildə Premyer Liqanın matçlarının keçirildiyi 4 ayın hamısında (fevral, mart, aprel, may) nominantlar arasında “Rəvan”ın futbolçusu yer alıb. Fevral və mart aylarında Mindauqas Kalonas ilk “5-liy”ə düşməklə kifayətlənibsə, apreldə Tofiq Mikayılovun “Kəpəz”in qapısından keçirdiyi top 1-ci olmuşdu.