Topaz Premyer Liqasında mart ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Korner.az-ın məlumatına görə, “Bakı”nın rumıniyalı hücumçusu Marius Pena jurnalistlər arasında keçirilən sorğunun qalibi olub.
Qış "transfer pəncərəsi"ndə paytaxt təmsilçisinə keçən Pena ötən ay vurduğu 4 qolla komandasının ilk altılığa çıxmasında böyük rol oynadı.
Bu gün saat 15:00-da Peşəkar Futbol Liqası (PFL) ilə Topazın “Four Seasons” otelində keçirdiyi tədbirdə Pena mükafatlandırılacaq.
